Proqramlaşdırma dili

alqoritmlərin icraçı üçün asan olan formada təsviri üçün nəzərdə tutulmuş formal işarə sistemi. Proqramlaşdırma dili kompyüter proqramının tərtibi zamanı istifadə olunan leksik, sintaktik və semantik qaydalar dəstini müəyyənləşdirir. Proqramlaşdırma dili proqramistə kompyüterin hansı hadisələrə reaksiya verəcəyini, verilənlərin necə saxlanacağını və ötürüləcəyini, müxtəlif vaxtlarda bu verilənlərlə hansı əməliyyatların yerinə yetiriləcəyini təyin etməyə imkan verir. Proqramlaşdırma dilləri – verilənlərin və onlar üzərində yerinə yetiriləcək alqoritmlərin ifadəsi üçün formal dillərdir.
Proqramlaşdırma
Proqramlaşdırmanın avtomatlaşdırılması
OBASTAN VİKİ
Proqramlaşdırma dili
Proqramlaşdırma dilləri və ya alqoritmik dil – proqram modullarından ibarət olub, məsələnin həll mərhələsinə hazırlığını təmin edir. Proqramlaşdırma dili kompüterin alqoritmi qəbul etməsi üçün istifadə edilir. Proqramlaşdırma dilləri adi dillərdən "sözlərin" (ancaq translyatorun başa düşdüyü) sayına və əmrlərin ciddi yazılış qaydasına görə fərqlənir. EHM-də proqram yazmaq üçün istifadə olunan formallaşmış dillərə proqramlaşdırma dilləri deyilir. Proqramlaşdırma dili süni dil olub, təbii dillərdən məhdud sayda sözlərin olması ilə fərqlənirlər. Bu dillərlə hazır proqramlar deyil, yalnız proqramın mətni yaradılır. Proqram dilini kompüterin başa düşdüyü maşın dilinə çevirmək üçün translyatorlardan (translator – tərcüməçi) və kompilyatorlardan (compiler – tərtibatçı) istifadə edilir. Hər bir proqramlaşdırma dilinin öz translyatoru (kompilyatoru) olur. Məsələ həll edərkən əvvəlcə yerinə yetiriləcək əməliyyatların alqoritmi tərtib edilir, daha sonra bu əməliyyatlar hər-hansı alqoritm (proqramlaşdırma) dilində əmrlər şəklində yazılır. Tərtib olunmuş proqram xüsusi əlavələr (translyator proqramlar) vasitəsilə yerinə yetirilir və ya maşın koduna çevrilir.
APL (proqramlaşdırma dili)
APL 1960-cı illərdə Kennet Eugen İverson tərəfindən hazırlanmış bir proqramlaşdırma dilidir. Onun mərkəzi məlumat tipi çoxölçülü massivdir. Çox qısa koda yol açan çox sayda funksiya və operatoru təmsil etmək üçün geniş qrafik simvollardan istifadə edir. Konsepsiya modelləşdirməsinin, cədvəllərin, funksional proqramlaşdırmanın, və kompüter riyaziyyat elementlərinin inkişafına mühüm təsir göstərmişdir. Ayrıca bir sıra digər proqramlaşdırma dilləri APL-dən ilhamlanmışdır.
Ada (proqramlaşdırma dili)
Ada dili — proqramlaşdırma dili olub, 1979-1980-ci illərdə ABŞ-nin Müdafiə Nazirliyinin sifarişi ilə yaradılmışdır. Dilin yaradılmasında əsas məqsəd hərbi obyektlərin (gəmilərin, təyyarələrin, raketlərin, tankların və s.) idarə edilməsi üçün xüsusi sistemin yaradılması idi. Nəticədə universal dil olan Ada dili meydana gəldi. == Ədəbiyyat == Роберт В Себеста, Concepts of Programming Languages, 2001. == Xarici keçidlər == Definition of "Computer Program" at dictionary.com Язык Ада — двадцать лет спустя Опыт использования языка Ада Адское программирование ТАНТК им.
Argus (proqramlaşdırma dili)
Argus — 1982–1988-ci illər aralığında MTİ-də Barbara Liskov tərəfindən yaradılan proqramlaşdırma dili. CLU dilinin sintaksisinə və semantikasına bəznərdir.
C (proqramlaşdırma dili)
C (si kimi tələffüz olunur) — 1970-ci illərin əvvəllərində Denis Ritçi və Ken Tompson tərəfindən UNIX əməliyyat sistemi üçün yaradılmış proqramlaşdırma dili "A" və "B" dilinin inkişafı məqsədilə yaradılmışdır. Hazırda C proqramlaşdırma dili digər əməliyyat sistemlərində də geniş istifadə olunur. Müasir dövrdə bu dil sistem proqramramlaşdırması üçün ən güclü proqramlaşdırma dillərindən biri hesab olunur. Windows, Linux, Unix, FreeBSD və s. əməliyyat sistemləri məhz C-də yazılıb. C proqramlaşdırma dili bir çox digər proqramlaşdırma dillərinin yaranmasına və inkişafına təkan vermişdir. Belə ki, C++, Objective-C, Perl, Java, PHP, JavaScript, AWK, D (proqramlaşdırma dili) və digər dillərinin yaranmasında C-nin çox böyük rolu olmuşdur. Buna görə də bu dillərə "C kimi sintaksisə" malik dillər deyilir. C proqramlaşdırma dilinin tədris üçün yaradılmamasına baxmayaraq hazırda bir çox universitetlərdə C dili tədris olunur. Bir çoxları C-ni bütün güclü proqramçıların bilməli olduğunu söyləyirlər.
C proqramlaşdırma dili

D (proqramlaşdırma dili)
D (ing. D programming language) – obyekt-yönlü, imperativ proqramlaşdırma dillərindən biridir. 2001-ci ildə Digital Mars şirkətinin əməkdaşı Volter Brayt (Walter Bright) tərəfindən işlənib hazırlanıb. Öncə C++ dilinin yenidən mühəndisliyi (RE-ENGINEERING) kimi düşünülüb, ancaq C++ dilinin önəmli təsirinin olmasına baxmayaraq, onun variantı deyil. D dilində C++ dilinin bəzi xassələri yenidən reallaşdırılıb, eləcə də Java, Python, Ruby, C# və Eiffel kimi başqa proqramlaşdırma dillərinin də təsirinə məruz qalıb. D dilinin yaradılmasında kompilyasiya olunan proqramlaşdırma dillərinin məhsuldarlığı ilə dinamik dillərin təhlükəsizliyi və ifadəliliyini birləşdirməyə cəhd edilib. Bu dildə yazılmış kod, adətən, C++ dilindəki ekvivalent kod kimi sürətlə işləyir, eyni zamanda D dilindəki proqram daha qısa olur və yaddaşa təhlükəsiz erişməni təmin edir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Haskell (proqramlaşdırma dili)
Haskell — saf funksional proqramlaşdırma dilidir. Haskell proqramlaşdırma dilini digər bu qəbil dillərdən ayıran ən önəmli xüsusiyyəti, yəqin ki tənbəl olmağıdır. Proqramlaşdırma dilində tənbəl deyilərkən, dəyişənin lazım olduqda çağırılmağı nəzərdə tutulur. Amerikan məntiqçisi və riyaziyyatçısı Haskel Körlinin (Haskell Curly)şərəfinə belə adlandırılmışdır. Haskell dilinin ən mühüm elementi funksiyalardır. Hətta funksiyalar üçün, Haskell kainatının birinci sinif vətəndaşları da deyilir. Haskell dili, 1990-cı ildə yaradılmışdır. Dilin ərsəyə gəlməyində Saymon Peyton Conz (Simon Peyton Jones, Kembric universiteti), Lennart Avququstson (Lennart Augustsson, Cayenne proqramlaşdırma dilinin yaradıcısı), Pol Udak (Paul Hudak, Yeyl Universiteti, kompüter elmləri professoru) Con Hyuz (John Hughes, Çalmerş Universiteti), Erik Meyer (Erik Meijer, Utrext Universiteti, Mikrosoft proqram təminatları arxitektoru), Filip Vadler (Philip Wadler, Edinburq Universiteti) vəs. yaxından iştirak etmişdir. Proqramın ən son versiyası 2010-cu ilin, İyulunda buraxılıb.
Java (proqramlaşdırma dili)
Java – Sun Microsystems şirkəti tərəfindən təqdim olunan obyektyönlü proqramlaşdırma dilinə və texnologiyalara verilən ümumi ad. Java proqram dili struktur və sintaksisinə görə C proqram dilinə çox yaxındır. Rəsmi olaraq 23 may 1995-ci ildə təqdim olunmuşdur. Başlanğıcda Oak ("palıd") adlandırılan bu dil Ceyms Qoslinq (ing. James Gosling) tərəfindən məişət cihazlarının proqramlaşdırılması üçün yaradılmışdı. Daha sonra bu ad Java ilə əvəz olundu və server proqram təminatının yazılması üçün istifadə olunmağa başladı. Bu proqramlaşdırma dili Java kofe markasının şərəfinə adlandırılmışdır və buna görə də onun rəsmi embleminin üzərində fincanda buxarlanan kofe təsvir olunmuşdur. Java obyektyönümlü proqramlaşdırma dilidir, yəni bütün kodlar siniflərdə(class) təyin edilir və həmin siniflərin çoxu obyektlərə çevrilə bilir. Javadan əvvəlki dillər prosessual(procedural) idi, hansı ki o dillərdə metodlar(routines) var idi,lakin siniflər yox idi. Java həmçinin sinif daxilində fuksional proqramlaşdırmaya da imkan verir, lakin obyekt yönümlü olması Java`nın əsas xüsusiyyətidir.
Kotlin (proqramlaşdırma dili)
Kotlin — JVM ilə işləyən və JavaScript mənbəyinə daxil edilə bilən bir statik tipli bir proqramlaşdırma dilidir. Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən JetBrains proqramçıları tərəfindən hazırlanmışdır. Adı Kotlin adasından gəlir. Java ilə uyğun bir sintaksis olmasa da, Kotlin Java kodu ilə işləmək üçün hazırlanmışdır. Həmçinin Kotlin, Apple'ın Swift dilinə bənzəyir. == Sintaksisi == === Əsas giriş === C, C ++, Java və Go kimi, Kotlin proqramına giriş nöqtəsi hər hansı bir əmr sətiri arqumentlərini ehtiva edən bir sıra ötürülə bilən "ana" adlı bir funksiyadır. (Kotlin 1.3-dən bəri bütün versiyalar bu istəyə bağlıdır). Kotlin sənədinin ən üst səviyyəsində yalnız idxal və bəyannamələr mövcud ola bilər. Buna görə fərdi bir faylın "işlədilməsi" yalnız bir giriş nöqtəsi olduqda məna kəsb edir, hansı ki, "array strings" tipli args adlı bir dəlil ilə əsas deyilən bir funksiya olmalıdır. args, proqramın Python-da sys.argv-a bənzər şəkildə çağırıldığı əmr satırı arqumentlərini ehtiva edəcəkdir; Proqramınızın əmr sətiri dəlillərini qəbul etməsi lazım deyilsə və Kotlin 1.3 istifadə edirsinizsə onda, buraxıla bilər.
MML (proqramlaşdırma dili)
MML (proqramlaşdırma dili) — İnsan-maşın proqramlaşdırma dili. == Haqqında == MML rəqəmli ATS-in idarəedici qurğularının texniki istismarı, sazlanması, yoxlanması və digər şərtlər zamanı operatorla IQ-lər arasında qarşılıqlı əlaqənin yaranmasına xidmət edir (dialoq dili). Bu dil istismar və inzibati mərkəzlərdə, ATS-lərdə, həm yerli, həm də uzaqlaşdırılmış terminallardan aparılan iş üçün istifadə olunur. "Insan-maşın" əlaqə dili yüksək səviyyə dilinin sadələşdirilmiş variantıdır. Bu dilin BTI tərəfindən təklif olunmuş əlifbası vardır. MML-in çap informasiyası 2 formatda F1 və F2 təqdim olunur. F1 formatında işarələr hər birində 72 işarə olmaqla 66 sətirdə yerləşir. F2 formatında işarələr hər birində 120 işarə olmaqla 66 sətirdə yerləşir. Işarələr kimi latın əlifbasının böyük və kiçik hərfləri, ərəb rəqəmləri və 5 N-li beynəlxalq koda əsaslanan işarələrdən istifadə olunur. MML-in köməyilə aşağıdakı funksiyalar həyata keçirilir: ümumi istismar, istiqamətlərin marşrutlanması, trafik (yük), tarifikasiya, sistemin idarə olunması; abunəçi xətlərin (AX), birləşdirici xətlərin (BX), kommutasiya sahəsinin (KS) və idarəedici qurğuların (IQ) texniki istismarı; kommutasiya sahəsinin və idarəedici qurğunun istismara daxil edilməsi; tələb olunan sınaq.
Oberon (Proqramlaşdırma dili)
Oberon – ümumi təyinatlı, obyekt-yönlü proqramlaşdırma dili. 1986-cı ildə N.Virt (Niklaus Wirth) tərəfindən işlənib hazırlanıb. Oberon dili ALGOL-bənzər dillərin Virt ailəsinin (Wirthian family) ən son üzvüdür (EULER, ALGOL-W, PASCAL, MODULA VƏ MODULA-2). Bu dildə Модуле-2 dilində olan konstruksiyaların bir hissəsi yoxdur. İşlənib hazırlanmasında başlıca məqsəd eyni zamanda bir neçə üsulla reallaşdırılmış mənaca yaxın vəziyyətlərin uzaqlaşdırılması ilə dilin sadələşdirilməsi olub. Oberon dilinin inkişafı nəticəsində Oberon-2 dili yaranıb. Proqramlaşdırma dili ilə yanaşı Oberon adlı əməliyyat sistemi də vardır. Bax: GO, MODULA-2, OBJECT-ORIENTED PROGRAMMING. Oberon dilində proqram nümunəsi MODULE Hello; IMPORT Oberon, Texts; VAR W: Texts.Writer; PROCEDURE World*; BEGIN Texts.WriteString(W, "Hello World!"); Texts.WriteLn(W); Texts.Append(Oberon.Log, W.buf) END World; BEGIN Texts.OpenWriter(W) END Hello. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. == Xarici keçidlər == Oberon Programlama Dili nedir?
Paskal (proqramlaşdırma dili)
Pascal və ya Paskal — 1971-ci ildə professor Niklaus Virt tərəfindən yaradılmış proqramlaşdırma dili. Dil fransız riyaziyyatçısı və filosofu Blez Paskalın şərəfinə adlandırılmışdır və qısa zaman içində universitetlərdə istifadə edilən proqramlaşdırma dili halına gəlmişdir. Paskal dilinin bir sıra xüsusiyyətləri onun biznes və sənaye sahələrində geniş tətbiqinə gətirib çıxarmışdır. Modula və Modula-2 dilləri Paskal dili əsas götürülərək inkişaf etdirilmişdir. Lazarus – Free Pascal kompilyatoruna proqram təminatı hazırlamaq üçün ödənişsiz yayılan proqramlaşdırma mühiti. Qrafik interfeysli Delphi-proqramlarını Linux, FreeBSD, Mac OS X, Microsoft Windows əməliyyat sistemlərinə asanca keçirməyə imkan verir. == Dilin xüsusiyyətləri == Paskal dili yeni başlayan şəxslər üçün daha böyük əhəmiyyət kəsb edir.Proqramlaşdırmaya yeni başlayan şəxslərin bu dildən başlamaları məsləhət görülür. Paskal dilinin sintaksisi çox sadə və asan başadüşüləndir. Sistem və qurğu tələbləri çox azdır. Həm kompilyator, həm də onda yazılan proqramlar üçün.
Python (proqramlaşdırma dili)
Python dili – interpretasiya olunan, yüksək səviyyəli və ümumi-məqsədli proqramlaşdırma dili. 1991-ci ildə Guido van Rossum tərəfindən yaradılmışdır. Python dilinin dizayn fəlsəfəsi boşluqlardan istifadə edərək kod oxunaqlılığını vurğulayır. Bu dilin məqsədi onun dil quruluşu və obyekt-yönümlülüyü ilə proqramçılara xırda və iri həcimli layihələrdə aydın, məntiqli kod yazmağa kömək etməkdir. Python dinamik yazıla bilən və avtomatik yaddaş idarəetmə xüsusiyyətinə malikdir. Müxtəlif proqramlaşdırma paradiqmalarını dəstəkləyir, buna daxildir strukturlu (qismən, prosedurlu), obyekt-yönümlü və funksional proqramlaşdırma paradiqmaları. Onun geniş standart kitabxanası olduğuna görə Pythona "bataryaları daxildir" də deyilir. Python 1980-ci illərin sonlarında ABC dilinin davamçısı olaraq yaradıldı. Python 2.0 2000-ci ildə təqdim edildi, o özü ilə birlikdə siyahı anlama və zibil toplayıcı sistemlə birgə referans sayıcı xüsusiyyətlərini gətirdi. Python 3.0 2008-ci ildə təqdim edildi, o dilin böyük reviziyası olduğundan onun əvvələ-uyğunluğu tam deyil və bir çox Python 2 kodu dəyişikliyə ehtiyac olmadan Python 3-də işləyə bilmir.
R (proqramlaşdırma dili)
R — statistik verilənlərin emalı və qrafika üçün proqramlaşdırma dili, həmçinin GNU layihəsi çərçivəsindəki azad və açıq mənbəli hesablama mühiti. Bu dil Bell Labs-da hazırlanmış S dilinə oxşar şəkildə yaradılıb və dillər arasında əhəmiyyətli fərqlərin olsa da, onun alternativ tətbiqidir, lakin əksər hallarda S dilindəki kod R mühitində işləyir. R ilk olaraq Oklend Universitetinin statistika fakültəsində Ross Ayhek (ing. Ross Ihaka) və Robert Centlmen (ing. Robert Gentleman) (adlarının baş hərfi — R) tərəfindən hazırlanan; hal-hazırda isə R fondu tərəfindən saxlanılan və inkişaf etdirilən dil və mühitdir. Statistik verilənlərin təhlili proqramı kimi geniş istifadə olunur və statistik proqram təminatı üçün faktiki standarta çevrilmişdir. Dil və mühit GNU GPL əsasında lisenziyalaşdırılıb; mənbə kodları, həmçinin bir sıra əməliyyat sistemləri üçün tərtib edilmiş proqramlar — FreeBSD, Solaris, Unix və Linux distributivləri, Microsoft Windows, Mac OS X kimi paylanmışdır. R Commander, RKWard, RStudio, Weka, Rapid Miner, KNIME və ofis paketlərinə inteqrasiya vasitələri kimi müxtəlif qrafiki interfeyslər mövcud olmasına baxmayaraq, R əmr sətirli interfeysdən istifadə edir. 2010-cu ildə R Infoworld jurnalının ən yaxşı açıq mənbəli proqram təminatının inkişafına görə mükafata layiq görülmüşdür. == Xüsusiyyətləri == R — interpretasiya olunan proqramlaşdırma dilidir, yəni o əsasən əmr interpretatoru ilə işləyir.
Rust (proqramlaşdırma dili)
Rust performansı, tip təhlükəsizliyini və paralelliyi vurğulayan çoxparadiqmalı, ümumi təyinatlı proqramlaşdırma dili. O, yaddaş təhlükəsizliyini təmin edir - bütün istinadların zibil toplayıcının istifadəsini və ya yaddaş üçün təhlükəsiz dillərdə mövcud olan istinadların hesablanmasına ehtiyac olmadan etibarlı yaddaşa işarə etməsini təmin edir. Eyni zamanda yaddaş təhlükəsizliyini təmin etmək və paralel məlumat yarışlarının qarşısını almaq üçün onun "yoxlayıcısı" kompilyasiya zamanı proqramdakı bütün istinadların obyekt ömrünü izləyir. Rust statik tiplər, dəyişməzlik, daha yüksək səviyyəli funksiyalar və cəbri məlumat növləri daxil olmaqla, funksional proqramlaşdırmadan ideyalar götürür. Sistem proqramlaşdırması üçün populyarlardır. Proqram tərtibatçısı Qreydon Hoar 2006-cı ildə Mozilla Research-də işləyərkən şəxsi layihə kimi Rust-u yaratdı. Mozilla 2009-cu ildə layihəyə rəsmi sponsorluq etmişdir. 2015-ci ilin may ayında ilk stabil buraxılışdan bəri Rust Amazon, Discord, Dropbox, Facebook (Meta), Google,(Alphabet) və Microsoft kimi şirkətlər tərəfindən istifadə edilmişdir. 2022-ci ilin dekabrında o, Linux nüvəsinin inkişafında istifadə olunan C və Assembly dillərindən başqa ilk dil oldu. Rust daha sonra yeni bir dil kimi böyüməsi ilə məşhurlaşdı və akademik proqramlaşdırma dilləri tədqiqatının mövzusu oldu.
Scala (proqramlaşdırma dili)
Scala - obyekt - funksional və skript proqramlaşdırma dilidir. Scala funksional proqramlaşdırmanı tam dəstəkləyir. Scala mənbə kodu java bayt koduna çevrilir və bu da Java virtual maşın tərəfindən çağrılır. Java kitabxanaları birbaşa Scalada istifadə oluna bilər və ya əksinə Scala kitabxanaları Javada istifadə oluna bilər.
Loqo (proqramlaşdırma dili)
Logo – çox zaman uşaqlara proqramlaşdırmanı öyrətmək üçün istifadə olunan, ilkin olaraq 1968-ci ildə Massaçusets Texnologiya İnstitutunda (ABŞ) Seymur Papert (Seymour Papert) tərəfindən işlənib hazırlanmış proqramlaşdırma dili. LOQO-da xüsusi komandalar icraçısı – Bağa nəzərdə tutulub. Canlı tısbağa qum üzərində hərəkət edərkən iz qoyduğu kimi, Bağa da yerini dəyişən zaman iz qoya bilər; onun bu bacarığından ekranda fiqurlar çəkmək üçün istifadə olunur. Bağanın davaranışını müşahidə etməklə verilən hər bir komandanın mənasını asanca görmək olar. Bununla da təkcə proqramlaşdırma dilinin vasitələrini deyil, həm də alqoritmləşdirməni asanca öyrənmək olar. Bağa "obyekt-fikir" əlaqəsini təmin edir ki (əvvəlcə döşəmədə sürünən mexaniki tısbağa, sonra isə kompüterin ekranında onun şərti görüntüsündən istifadə olunurdu), bu da LOGO dilinə gözəllik və cazibədarlıq verir. Bağa çox mühüm keyfiyyətə malikdir: onun "istiqaməti" var ki, bu da özünü onunla eyniləşdirməyə və proqramın işinin əsas məntiqini asanca başa düşməyə imkan verir. İlkin komandalar çox sadədir: onlar Bağanın neçə addım və məhz hansı istiqamətə (irəli, sağa, sola, geri) yerini dəyişməyi göstərir. Bağaya "hərəkət etməyi", yaxud "düşünməyi" öyrətmək, öz hərəkət və fikirlərini anlamağa vadar edir, buna görə də proqramlaşdırmanı öyrənmə prosesi daha səmərəli olur. Loqo genişlənəbilən dildir; yəni proqramlar mövcud olan deyimlərə əsaslanaraq təyin olunmuş deyimlərdən qurulur.
Dart (proqramlaşdırma dili)
Dart — Lars Bak və Kasper Lund tərəfindən hazırlanmış və Google tərəfindən hazırlanmış proqramlaşdırma dili. Veb və mobil proqramlar, həmçinin server və masaüstü proqramlar hazırlamaq üçün istifadə edilə bilər. Dart obyekt yönümlü, sinif əsaslı, C üslublu sintaksisi olan tullantı toplayan dildir. O maşın kodu, JavaScript və ya WebAssembly kompilyasiya edə bilər. O interfeysləri, miksinləri, abstrakt sinifləri, refikasiya olunmuş generikləri və tipləri dəstəkləyir. == Tarixi == Dart 10-12 oktyabr 2011-ci ildə, Danimarkanın Orhus şəhərində keçirilən GOTO konfransında təqdim olundu. Layihənin əsasını Lars Bak və Kasper Lund tərəfindən qoyulub. Dart 1.0 14 noyabr 2013-cü ildə yayımlandı. Dart əvvəlcə qarışıq qəbul edilmişdi. Təşəbbüs Chrome-da Dart VM-ni yaratmaq planlarına görə interneti parçaladığına görə tənqid edilirdi.
ABC (proqramlaşdırma dili)
ABC, Leo Geurts, Lambert Meertens və Steven Pemberton tərəfindən Hollandiyada hazırlanmış imperativ ümumi təyinatlı proqramlaşdırma dili və proqramlaşdırma mühitidir. O, interaktiv, strukturlaşdırılmış, yüksəksəviyyəlidir və BASIC, Pascal və ya AWK əvəzinə istifadə üçün nəzərdə tutulub. Sistem proqramlaşdırma dili olmaqla yanaşı daha çox tədris və ya prototipləşdirmə məqsədləri üçün nəzərdə tutulub. ABC dili son illərdə daha çox populyarlaşan Python dilinin dizaynına böyük təsir göstərir. Python-u inkişaf etdirən Guido van Rossum, 1980-ci illərin ortalarında bir neçə il ABC üzərində işləmişdir. == Xüsusiyyətləri == ABC proqramlarının dizaynerləri iddia edirlər ki, ekvivalent olan Paskal və ya C proqramlarının dörddə bir ölçüsündədir və daha oxunaqlıdır. Əsas xüsusiyyətləri aşağıdakılardır: Yalnız beş əsas məlumat növü. Dəyişən bəyannamələr tələb etmir. Yuxarıdan aşağıya proqramlaşdırma üçün əlverişlidir. İfadə yerləşdirilməsi abzasla göstərilir.
ABC dili (proqramlaşdırma)

Logo (proqramlaşdırma dili)
Logo – çox zaman uşaqlara proqramlaşdırmanı öyrətmək üçün istifadə olunan, ilkin olaraq 1968-ci ildə Massaçusets Texnologiya İnstitutunda (ABŞ) Seymur Papert (Seymour Papert) tərəfindən işlənib hazırlanmış proqramlaşdırma dili. LOQO-da xüsusi komandalar icraçısı – Bağa nəzərdə tutulub. Canlı tısbağa qum üzərində hərəkət edərkən iz qoyduğu kimi, Bağa da yerini dəyişən zaman iz qoya bilər; onun bu bacarığından ekranda fiqurlar çəkmək üçün istifadə olunur. Bağanın davaranışını müşahidə etməklə verilən hər bir komandanın mənasını asanca görmək olar. Bununla da təkcə proqramlaşdırma dilinin vasitələrini deyil, həm də alqoritmləşdirməni asanca öyrənmək olar. Bağa "obyekt-fikir" əlaqəsini təmin edir ki (əvvəlcə döşəmədə sürünən mexaniki tısbağa, sonra isə kompüterin ekranında onun şərti görüntüsündən istifadə olunurdu), bu da LOGO dilinə gözəllik və cazibədarlıq verir. Bağa çox mühüm keyfiyyətə malikdir: onun "istiqaməti" var ki, bu da özünü onunla eyniləşdirməyə və proqramın işinin əsas məntiqini asanca başa düşməyə imkan verir. İlkin komandalar çox sadədir: onlar Bağanın neçə addım və məhz hansı istiqamətə (irəli, sağa, sola, geri) yerini dəyişməyi göstərir. Bağaya "hərəkət etməyi", yaxud "düşünməyi" öyrətmək, öz hərəkət və fikirlərini anlamağa vadar edir, buna görə də proqramlaşdırmanı öyrənmə prosesi daha səmərəli olur. Loqo genişlənəbilən dildir; yəni proqramlar mövcud olan deyimlərə əsaslanaraq təyin olunmuş deyimlərdən qurulur.
Pascal (proqramlaşdırma dili)
Pascal və ya Paskal — 1971-ci ildə professor Niklaus Virt tərəfindən yaradılmış proqramlaşdırma dili. Dil fransız riyaziyyatçısı və filosofu Blez Paskalın şərəfinə adlandırılmışdır və qısa zaman içində universitetlərdə istifadə edilən proqramlaşdırma dili halına gəlmişdir. Paskal dilinin bir sıra xüsusiyyətləri onun biznes və sənaye sahələrində geniş tətbiqinə gətirib çıxarmışdır. Modula və Modula-2 dilləri Paskal dili əsas götürülərək inkişaf etdirilmişdir. Lazarus – Free Pascal kompilyatoruna proqram təminatı hazırlamaq üçün ödənişsiz yayılan proqramlaşdırma mühiti. Qrafik interfeysli Delphi-proqramlarını Linux, FreeBSD, Mac OS X, Microsoft Windows əməliyyat sistemlərinə asanca keçirməyə imkan verir. == Dilin xüsusiyyətləri == Paskal dili yeni başlayan şəxslər üçün daha böyük əhəmiyyət kəsb edir.Proqramlaşdırmaya yeni başlayan şəxslərin bu dildən başlamaları məsləhət görülür. Paskal dilinin sintaksisi çox sadə və asan başadüşüləndir. Sistem və qurğu tələbləri çox azdır. Həm kompilyator, həm də onda yazılan proqramlar üçün.
Proqramlaşdırma dili nəzəriyyəsi
Proqramlaşdırma dili nəzəriyyəsi — proqramlaşdırma dilləri kimi tanınan formal dillərin dizaynı, tətbiq olunması, təhlili, xarakteristikası və təsnifatı ilə məşğul olan kompüter elminin bir sahəsi. Proqramlaşdırma dili nəzəriyyəsi riyaziyyat, proqram təminatı mühəndisliyi və dilçilik kimi digər sahələrlə sıx bağlıdır. Sahənin bir sıra elmi konfransları və jurnalları mövcuddur. == Tarixi == Müəyyən mənada proqramlaşdırma dili nəzəriyyəsinin tarixi hətta proqramlaşdırma dillərinin inkişafından da əvvələ təsadüf edir. 1930-cu illərdə Alonzo Çörç və Stiven Koul Klini tərəfindən hazırlanmış lambda hesablaması, bəziləri tərəfindən dünyanın ilk proqramlaşdırma dili hesab edilir, baxmayaraq ki, o, proqramçılar üçün kompüter sisteminə alqoritmləri təsvir etmək vasitəsi olmaq üçün yox, hesablamaları modelləşdirmək üçün nəzərdə tutulmuşdu. Bir çox müasir funksional proqramlaşdırma dilləri lambda hesablamaları üzərində "nazik örtük" təmin edən kimi təsvir edilmişdir və bir çoxu onun baxımından asanlıqla təsvir olunur. Yaradılan ilk proqramlaşdırma dili 1940-cı illərdə Konrad Tsuze tərəfindən dizayn edilmiş, lakin 1972-ci ilə qədər ictimaiyyətə məlum olmayan (və 1998-ci ilə qədər tətbiq edilməmiş) Plankalkül idi. İlk geniş tanınan və uğurlu yüksək səviyyəli proqramlaşdırma dili 1954-1957-ci illərdə Con Bekusun rəhbərlik etdiyi IBM tədqiqatçıları qrupu tərəfindən hazırlanmış Fortran idi. FORTRAN-ın uğuru "universal" kompüter dili hazırlamaq üçün alimlər komitəsinin formalaşmasına səbəb oldu və nəticədə ALGOL 58 yaradıldı. Ayrı-ayrılıqda, MIT-dən Con Makkarti akademik mənşəli ilk dil olan Lisp-i yaratdı.
Ruby (proqramlaşdırma dili)
Ruby — proqramlaşdırma dili. Dilin yaradıcısı yapon Yukihiro Matsumotodur. O, bu dili yaratmaq üçün Perl, Smalltalk və Eiffel dillərindən yararlanmışdır. == Adlandırma == Matsumoto əvvəlcə bu dilə iki ad seçmişdi — "Coral" və "Ruby". Amma "Coral" adı Matsumotodan öncə başqa dilə verildiyi üçün Ruby variantının üzərində dayanıldı. "Ruby" ingilis dilində "rubin" mənasını verir.